EN

Mavritaniyada rekord miqdarda kokain ələ keçirilib

Mavritaniya hüquq-mühafizə orqanları ada dövlətinin sahillərində Yunanıstan bayrağı altında üzən "Alpha Bravery gəmisindən rekord miqdarda - 400 kq kokain aşkarlayıb.

“İki sahil” "Defimedia" portalına istinadən xəbər verir ki, dəyəri 100 milyon dollardan çox olduğu təxmin edilən narkotik vasitə xilasedici jiletlərə tikilib.

İlkin məlumatlara görə, Braziliyadan Sinqapura gedən gəminin kapitanı Mavritaniya hakimiyyətinə qanunsuz yük barədə məlumat verib. Narkotiklərin son təyinatının müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Chosen
16
2
ikisahil.az

3Sources