Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması üçün tender elan edilib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, xidmətlər illik olaraq həyata keçiriləcək, daşınma üçün 394 kub metr B və C sinfi tibbi tullantı, zərərsizləşdirilmə üçün isə 208 ədəd tullantı nəzərdə tutulub.
Satınalmanın ehtimal olunan qiyməti 45.511,66 AZN təşkil edir və tender “ada uyğun” şərtlərlə keçiriləcək.