Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Futbol üzrə Misli Premyer Liqasında “Zəfər tur”una yekun vurulub.
"Unikal" xəbər verir ki, günün mərkəzi matçında “Qarabağ” və “Neftçi” kollektivləri arasında Azərbaycan derbisi baş tutub. “Azərsun Arena”da təşkil olunan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.
Ağdam təmsilçisinin heyətində 50-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib. 84-cü dəqiqədə isə Kamilo Duran fərqlənib.
Bu nəticədən sonra Qurban Qurbanovun komandası 23 xalla liderliyə yüksəlib, “ağ-qaralar” isə 15 xalla 7-ci sırada qalıb.
Qeyd edək ki, daha əvvəl "Şamaxı" "İmişli"yə 1:0, "Sumqayıt" "Qəbələ"yə 2:0, "Araz-Naxçıvan" "Karvan-Yevlax"a 2:1, “Sabah” “Kəpəz”ə 3:1 hesabı ilə qalib gəlib. "Zirə" - "Turan Tovuz" görüşündə isə qolsuz heç-heçə qeydə alınıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.