EN

“Sevilya”nın satışı prosesi sürətlənir

İspaniyanın “Sevilya” futbol klubunun satış prosesi sürətlənir və razılaşmanın 2026-cı ilin əvvəlində tamamlanacağı gözlənilir.

90deqiqe.Az “AS”a istinadən xəbər verir ki, bir neçə xarici investisiya fondu klubu almaq niyyətindədir. Klub uzun illər əsas səhmdarlar arasında hakimiyyət mübarizəsi ilə gündəmdə olub və satışın 2027-ci ilə qədər baş tutması üçün tərəflər arasında razılaşma əldə olunmalıdır.

Gələcək alıcı klubun böyük borcu ilə üzləşəcək. Rəsmi məlumatlara görə borc 100 milyon avro, bəzi məlumatlara görə isə 200 milyon avrodan çoxdur.

“Sevilya” hazırda Gixarro, Karriyon, Ales və Kastro ailələri tərəfindən idarə olunur, prezident isə Xose Mariya del Nido Karraskodur.

Chosen
87
90deqiqe.az

1Sources