"Barselona" rəhbərliyi yanvar transfer dövründə müdafiəçi transferinə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, onların hazırkı hədəfi "Borussia Dortmund"un 25 yaşlı müdafiəçisi Niko Şlotterberqdir.

İspaniya klubu futbolçunu transfer etmək üçün təxminən 40 milyon avro ödəməyə hazırdır.

Baş məşqçi Hansi Flik rəhbərliyə bildirib ki, komandası yüksək pressinq və yüksək müdafiə xətti ilə oynaya bilmək üçün yeni əsas müdafiəçiyə ehtiyac duyur.