Rusiyada yaşayan azərbaycanlı yeniyetmə qətlə yetirilib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Rusiyanın Şaripovo şəhərində baş verib.
İlkin məlumata görə, münaqişə zəminində əslən azərbaycanlı olan 17 yaşlı İsmayıl Fətəliyev kəsici-deşici alətlə qətlə yetirilib.
Mərhum doğmalarının yaşadığı Cəlilabad rayonunda dəfn olunacaq.