EN

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib

“AzerGold” QSC tərəfindən hazırlanan “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyası təqdim edilib.
Xatirə kolleksiyası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında
rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri
üzərində əldə etdiyi tarixi Qələbənin 5 illiyinə ithaf olunub.

APA xəbər verir ki, “Zəfər” limitli qızıl sikkə kolleksiyası Azərbaycan xalqının birlik və iradəsini, Vətən uğrunda
döyüşən qəhrəman oğullarımızın şücaətini, eləcə də dövlətimizin ərazi bütövlüyünün bərpasını
və müdrik siyasətin təntənəsini simvolizə edir.

Qızıl sikkənin mərkəzi elementi Vətən Müharibəsi Memorial Kompleksinin əsas komponenti
olan Zəfər Tağı abidəsidir. Zəfər Tağından keçid xalqımızın tarixi Qələbəyə doğru irəlilədiyi
simvolik yolun təcəssümüdür. 44 ədəd sütun Vətən müharibəsinin 44 gününü, onun daşıdığı
ağac azad edilmiş torpaqlarda bərpa olunan tarixi köklərimizi, bu günümüzü və gələcəyimizi
simvolizə edir.

Sikkə üzərində yer alan “8” təsviri, Prezident–Xalq–Ordu birliyi ilə tarixiləşən 8 Noyabr -
Zəfər Gününü əks etdirir. Dövlət rəmzlərinin əsas elementlərindən biri olan səkkizguşəli ulduz
ornamenti sikkəni haşiyəyə almaqla qazanılmış Qələbənin əzəmətini və əbədiliyini vurğulayır.
Qeyd edək ki, “Zəfər” qızıl sikkə kolleksiyası dövlət şirkətinin sayca 19-cu məhsuludur.

Xatirə sikkəsi Azərbaycanda hasil edilən qızıldan limitli sayda, hər çeşid üzrə - 200 ədəd
olmaqla 5,10, 20 qram və 1 unsiya çəkilərində istehsal edilib.
Qızıl sikkə kolleksiyası “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında
yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platforması
vasitəsilə alıcılara təqdim edilir.

“AzerGold”
Chosen
4
14
apa.az

10Sources