EN

"Azarkeşlər "Qarabağ"a görə gəlməmişdi..."

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub. Turun mərkəzi qarşılaşmasında "Qarabağ" "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.

Ucnoqta.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

"Mən də ölkəmizi təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin".

- Emin Mahmudovun əvəzlənməsi nə ilə bağlıdır?

- Oyundan əvvəl zədəsi var idi. Ona görə də, bir hissə onu, bir hissə Rezabalanı oynatdım. Birinci hissə bitməmişdən Mahmudov göstərdi ki, dəyişilmək istəyir.

- Vensan Abubakarın bugünkü performansı necə dəyərləndirərdin?

- Komanda pis oynamadı. "Qarabağ"a qarşı səfərdə oynamaq asan deyil. Onlar hansı səviyyədədir görürük. Birinci hissədə düz və yaxşı oyayırdı. Bunu sona qədər də davam etdirdik. Abubakarın epizoda girməməyinə gəldikdə, "Qarabağ" elə komanda deyil ki, hər dəqiqə epizod yaradasan. 2-3 epizod var idi ki, onlardan yararlana bilərdik. Uduzmağımızın səbəbi komandadır, biz də qarışıq. Əsas odur ki, çox yaxşı hücumçumuz var, Digər hücumçular, Abubakarın gəlişindən sonra yüksək motivasiya qazanıblar, bu da bizim üçün xoşdur. Razılaşmaya bilərsiz, belə dəqiqələrdə ucuz penaltilər verilməz. Elçin Məsiyev deyirsə ki, kontakt oyunudur, niyə "Zirə" və "Turan Tovuz"la matçlarda verilmədi penalti? Çox pis təsir edir. Həmin penalti bizi özümüzdən çıxardı. Kontakt var idi, amma bu oyun kontakt oyunudur. Oyunçu özünü yerə yıxmaq istəyirdi. Hakim tərəfdən həmin penaltinin verilməsi böyük səhv idi.

- İstədiyiniz nəticəni qazanmağa nə çatmadı?

- Qol vurmalısan ki, udasan. Komandamdan çox razıyam. Fərqli "Neftçi"ni izləyirik. Bu gün bu qədər adamın oyuna gəlməsi, əsla "Qarabağ" və onların oynadığı oyun deyil, "Neftçi"dir. Hamıya ümid vermişdi, davam edir. Çox yaxşı komanda qururuq. Pis oynamadıq. Bəzi oyunçular meydançada çox yaxşı idilər. Bəzi planlar pozuldu. Nəyi daha yaxşı edə bilərik deyə, onun üzərində işləyəcəyik.///sportinfo

Chosen
21
ucnoqta.az

1Sources