EN

Gəncədə 16 yaşlı məktəbli bıçaqlandı

Gəncədə məktəbli bıçaq xəsarətləri alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

2009-cu il təvəllüdlü E. Əliyev bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
 

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Chosen
10
12
bizim.media

10Sources