EN

17 yaşlı azərbaycanlı Rusiyada qətlə yetirildi

Rusiya Federasiyasında azərbaycanlı gənc qətlə yetirilib.

Oxu.Az xəbər verir ki, hadisə Rusiyanın Krasnoyarsk diyarının Şaripovo şəhərində yerləşən kafelərin birində qeydə alınıb.

Münaqişə nəticəsində əslən azərbaycanlı olan 17 yaşlı İsmayıl Fətəliyev bıçaq xəsarəti alıb. Bu xəsarət onun ölümünə səbəb olub.

İsmayıl Fətəliyevin ölümü ilə bağlı axtarışda olan şəxs saxlanılıb.

Faktla bağlı müvafiq istintaq komitəsi araşdırma aparır.

Mərhumun qohumlarının yaşadığı Cəlilabadda dəfn olunacağı bildirilir.

Chosen
19
editor.az

1Sources