“Qalatasaray” prezidenti Dursun Özbek potensial transfer mövzusunda açıqlama verib.
Offsideplus.az xəbər verir ki, o, Lionel Messinin komandaya qoşulması ehtimalına toxunub.
Dursun Özbek bildirib: “Messi, deyirsiniz? Biz artıq o səviyyəyə çatmışıq ki, belə suallar da mümkündür. Standartlarımızı çox yüksək səviyyəyə qaldırmışıq. Üç ardıcıl çempionluq qazanan komandanın əsasını qorumuşuq. Bütün addımlarımız maliyyə imkanlarımız daxilindədir. Məhz buna görə indi Messinin adı barədə sual vermək də mümkündür.”
Qeyd edək ki, ABŞ liqasında mövsüm başa çatacaq və 4 aylıq fasilə yaranacaq. Məhz bu səbəbdən "Qalatsaray" argentinalını icarə əsasında heyətə qatmaq istəyir.