EN

“Dərs çıxarıb irəli getməliyik”

“Liverpul”un müdafiəçisi Vircil van Deyk 11-ci turda “Mançester Siti”yə qarşı 0:3 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, niderlandlı futbolçu bu barədə jurnalistlərə açıqlama verib.

“Futbolda əsas qərarları hakimlər verir və biz sadəcə meydanda qəbul etməliyik. Bu barədə çox danışmağa ehtiyac yoxdur – fakt odur ki, 0:3 uduzduq və bu ciddi zərbədir. İlk hissədə “Siti” daha inamlı idi, onların pressinqini qarşılamaq asan deyildi. İkinci hissədə isə biz daha yaxşı oynadıq. Bu oyundan dərs çıxarmalıyıq və irəliyə baxmalıyıq.”

Hazırda “Liverpul” Premyer Liqada 18 xalla 8-ci pillədədir.

Chosen
64
90deqiqe.az

1Sources