EN

Tramp amerikalıları sevindirdi: Hər bir vətəndaşa bu qədər pul ödəniləcək

ABŞ Prezidenti Donald Tramp idxal tariflərindən toplanan vəsaitlərin hesabına varlılar istisna olmaqla, bütün vətəndaşlara 2000 dollar ödəniləcəyini vəd edib.

Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social"da yazıb.

O, tariflərə qarşı çıxan insanları axmaq adlandırıb.

"Biz indi dünyanın ən varlı və ən hörmətli ölkəsiyik, inflyasiya sıfıra yaxındır və fond bazarında rekord qiymətlər var", - deyə Tramp qeyd edib.

Chosen
71
publika.az

1Sources