EN

İspaniyada güclü dalğalar nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb

İspaniyanın Tenerife adasını güclü dalğalar bürüdükdən sonra üç nəfər ölüb, 15 nəfər yaralanıb. Ajans.az BBC-yə istinadən xəbər verir ki, məlumata görə, Puerto de la Kruz kurortu yaxınlığında okeana sürükləndikdən sonra bir qadın, Santa Kruz de Tenerifedə isə bir kişi ölüb. Qranadilladakı bir çimərliyin yaxınlığındakı okeanda üçüncü kişi ölü tapılıb. Təcili yardım xidmətləri, pis hava şəraitinin davam etdiyi üçün ictimaiyyətə sahil yollarından uzaq durmağı tapşırıb. Rəsmilər bildirirlər ki, İspaniya arxipelaqı olan Tenerife Kanar adaları sahil təhlükələrinə qarşı hazırlıqlıdır.

Onlar xəbərdarlıq ediblər ki, dalğaların səviyyəsi iki-dörd metrə çatacaq və dəniz şəraiti daha da pisləşəcək və turistlər və yerli sakinlər son dərəcə ehtiyatlı olmalıdırlar.

Chosen
24
Ajans.az

1Sources