HƏMAS hərəkatı vasitəçilərə Qəzza zolağının İsrailin nəzarəti altında olan ərazilərindən döyüşçülərini geri çəkməyə hazır olduğu barədə məlumat çatdırıb.
Musavat.com xəbər verir ki, məlumatı Hərəkatın sözçüsü İsmayıl Radvan "Əl-Cəzirə"yə açıqlayıb: "Biz vasitəçilərə döyüşçüləri sarı zonadan geri çəkməyə hazır olduğumuz barədə məlumat verdik".
O, İsrail qoşunlarının atəşkəs razılaşmasına uyğun olaraq geri çəkildiyi "sarı xətt"i nəzərdə tutub.
Musavat.com