EN

Zelenskinin “The Guardian”a müsahibəsi zamanı işıqlar söndü - VİDEO

BAKI, 10 noyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski “The Guardian” qəzetinin jurnalisti Lyuk Hardinqə Kiyevdə Mariinski sarayında müsahibə verərkən işıqlar sönüb.

Teleqraf xəbər verir ki, bu hadisə “The Guardian”ın "YouTube" kanalında yayımlanan videoda göstərilib.

Söhbət zamanı otaq qəfil qaranlığa qərq olub, səs avadanlıqları da normal işləməyib.

Zelenski vəziyyətə sakit reaksiya verərək deyib:

“Baxın... Həyat budur.”

İşıqlar sönəndən sonra tərəflər tərcüməçilərin qulaqcıqlar vasitəsilə səsi eşidə bilməməsinə baxmayaraq, müsahibəni dayandırmadan davam etdiriblər. Bir neçə dəqiqə sonra elektrik bərpa olunub və müsahibə tamamlanıb.

Chosen
99
teleqraf.com

1Sources