EN

“Bu qədər adam “Qarabağ”a görə gəlməyib, səbəbkar “Neftçi”dir” - VİDEO

“Komandamdan çox razıyam, fərqli “Neftçi”ni izləyirik.

Bu gün bu qədər adamın oyuna gəlməsi əsla və əsla “Qarabağ” və onların oynadığı oyun deyil, bunun səbəbkarı “Neftçi”dir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov “Qarabağ”la derbidən sonra jurnalistlərə açıqlamasında deyib.

“Hamıya ümid vermişdi və bu ümid davam edir. Çox yaxşı komanda qururuq və fikirləşirəm ki, pis oynamadıq.

Bəzi oyunçular meydançada çox yaxşı idilər. Bəli, bəzi planlar pozuldu, amma komanda yaxşı idi. Nəyi daha yaxşı edə bilərik deyə onun üzərində işləyib yolumuza davam edəcəyik”, – deyə o, söyləyib.

Chosen
29
sportinfo.az

1Sources