EN

“Sevilya” borc içində batır: klub satıla bilər

İspaniyanın “Sevilya” klubu 2026-cı ilin əvvəlinə qədər satıla bilər.

İdman.Biz İspaniya mediasına istinadən xəbər verir ki, sövdələşmənin dəyərinin təxminən 300 milyon avro (təqribən 550 milyon AZN) olması gözlənilir.

Satışın baş tutması üçün klubun bütün əsas səhmdarları arasında razılıq əldə olunmalıdır. Potensial yeni sahiblər həmçinin “Sevilya”nın 200 milyon avrodan (təqribən 365 milyon AZN) çox borcunu da üzərinə götürəcək.

Cari mövsümdə La Liqanın XII turundan sonra “Sevilya” 16 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

İdman.Biz

Chosen
48
1
idman.biz

2Sources