EN

Şərurda minik və yük maşınları toqquşub

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Naxçıvan–Şərur magistral yolunun Püsyna kəndi ərazisində qeydə alınıb.

Belə ki, 68 BL 204 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil "TIR"la toqquşub.

Nəticədə "Mercedes"in sürücüsü, 1994-cü il təvəllüdlü Xəlilov Ümid Səməd oğlu həlak olub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

"Report"

Chosen
6
3
ikisahil.az

4Sources