EN

Amerikalılara adambaşına azı 2 min dollar dividend ödəniləcək –

ABŞ Prezidenti Donald Tramp bildirib ki, hakimiyyət vətəndaşlara adambaşına azı 2 min dollar məbləğində dividend ödəməyi planlaşdırır.

 

Senzor.az bildirir ki, ABŞ lideri bu barədə "Truth Social" şəbəkəsində yazıb.

 

O vurğulayıb ki, Vaşinqtonun digər ölkələrin məhsullarına tətbiq etdiyi tariflər ABŞ-a əhəmiyyətli maliyyə vəsaitləri cəlb etməyə imkan verib. "Biz trilyonlarla dollar əldə edirik və tezliklə 37 trilyon dollarlıq böyük borcumuzu ödəməyə başlayacağıq", – deyə Tramp qeyd edib.

 

"Adambaşına hamıya (yüksək gəlirli şəxslər istisna olmaqla) azı 2 min dollar məbləğində dividend ödəniləcək", – deyə o əlavə edib. 

 

Tramp bu planla bağlı əlavə təfərrüatları açıqlamayıb.

 

Chosen
22
4
senzor.az

5Sources