EN

Rusiyaya göndərilən dronların 10 faizi hədəfə çatırsa... Borovik

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynada Rusiyanın minlərlə kilometr dərinliyinə zərbə vura bilən pilotsuz təyyarələr var, lakin onları genişləndirmək və daha yaxşı sistemlə təchiz etmək lazımdır.

Axar.az xəbər verir ki, bunu Ukraynanın müdafiə avadanlıqları istehsalçısı "First Contact" şirkətinin təsisçisi Valeri Borovik deyib.

Onun sözlərinə görə, 10 ədəd PUA-nın yaxşı istiqamətləndirmə sisteminə malik olması, süni intellektlə təchiz olunması və hava hücumundan müdafiə sistemlərindən yan keçmə qabiliyyətinə malik olması şərti ilə hədəfə buraxılması kifayətdir:

“Əgər Rusiyaya qarşı tətbiq etdiyimiz dronların 10-20 faizi hədəfə çatırsa, o zaman biz minimum 100, 200, 300, 400 dron buraxmalıyıq”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
80
axar.az

1Sources