EN

"BBC"nin rəhbəri istefa verdi

Britaniyanın "BBC" televiziyasının baş direktoru Tim Deyvi və xəbərlər üzrə baş icraçı direktoru Debora Turness istefa verib. Ajans.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, onlar ABŞ prezidenti Donald Trampın çıxışını saxtalaşdırılmaq da daxil olmaqla, korporasiyadakı qərəzliliyə görə tənqidlərdən sonra istefa verib. "BBC" Tramp, İsrail-Həmas müharibəsi və transseksual məsələləri ilə bağlı reportajlarında siyasi neytrallığı qoruyub saxlamadığı iddiaları ilə gündəmə gəlib. "Daily Telegraph" qəzeti mübahisədə BBC-nin standartlar üzrə keçmiş müşaviri tərəfindən hazırlanan daxili sənəd barədə günlərlə məlumat vermişdi. Sənəddə Trampın 6 yanvar 2001-ci il tarixli çıxışının saxtalaşdırılması da daxil olmaqla, bir sıra səhvlər sadalanmışdı. Sənəddə flaqman "Panorama" proqramının Trampın çıxışının iki hissəsinə düzəliş etdiyi bildirilib.  "Bu, tamamilə mənim qərarımdır və mən son günlər də daxil olmaqla, bütün vəzifəm boyu qətiyyətli və yekdil dəstəyinə görə Sədrə və İdarə Heyətinə çox minnətdaram", - deyə Deyvi açıqlamasında bildirib. BBC sənədli filmində Trampın öz tərəfdarlarına "biz Kapitoliyə gedəcəyik" və "cəhənnəm kimi mübarizə aparacaqlarını" dediyi göstərilib. Bu şərhi o, çıxışının fərqli bir hissəsində verib. Trampın mətbuat katibi Karolin Livit cümə günü dərc olunan müsahibəsində BBC-ni "100% saxta xəbər" və "təbliğat maşını" adlandırıb.

Deyvi əvəzedici tapılana qədər növbəti bir neçə ay ərzində vəzifəsində qalacaq.

Chosen
34
Ajans.az

1Sources