EN

Hava taksisi ilə gediş bu qiymətə olacaq

Çinin Şanxay şəhərində hava taksisi ilə 10 dəqiqəlik uçuşun qiyməti 59 yuan, yəni 8,30 dollar (təxminən 14,11 manat) təşkil edəcək. Şəhərlərarası reyslər isə 100 yuandan və ya 14 dollardan (təxminən 23,8 manat) başlayacaq.

Publika.az xəbər verir ki, bu barədə “Vertaxi” şirkəti 8-ci Çin Beynəlxalq İdxal Sərgisində açıqlama verib.

Şirkətin iddiasına görə, elektriklə işləyən, şaquli qalxan və enən taksilər şəhərin yarısını cəmi 10 dəqiqəyə qət edə biləcək. Hazırda avtomobillə bu məsafə təxminən 40 dəqiqə çəkir.

Şirkət etiraf edir ki, başlanğıcda gediş haqqı adi taksilərdən bir qədər baha olacaq. Lakin marşrutlar genişləndikcə qiymətlərin azalacağı proqnozlaşdırılır.

Chosen
34
publika.az

1Sources