EN

Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı

Gəncə şəhərində 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Əliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən A. Abbaszadə tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

    ***
    20:11

    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

    Məlumata əsasən, şəhər sakini, 2009-cu il təvəllüdlü E. Əliyev ayaq nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

    Yaralıya dərhal tibbi yardım göstərilib, yarası tikilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır qiymətləndirilir.

    İlkin məlumata görə, yeniyetmə dostu tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

    Chosen
    4
    6
    bakivaxti.az

    10Sources