EN

“BBC”də Tramp filmi qalmaqalı İki rəhbər şəxs istefa verdi

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

“BBC”-də yayımlanan ABŞ sabiq prezidenti Donald Tramp haqqında sənədli filmdə 2021-ci il Konqres basqını ilə bağlı bəzi ifadələrin kontekstdən çıxarılaraq montajlandığının üzə çıxmasından sonra qurumun baş direktoru Tim Devi (Tim Davie) və Xəbərlər Departamentinin rəhbəri Debora Törnes (Deborah Turness) vəzifələrindən istefa veriblər.

Bakupost.az xəbər verir ki, İngiltərənin ictimai televeziyası olan “BBC”nin rəhbərliyində yaranan böhran “The Telegraph” qəzetinin araşdırması ilə başlayıb. Nəşr 2024-cü il oktyabrın 28-də “BBC News” kanalında yayımlanan “Panorama” proqramının “Tramp: İkinci bir şans?” adlı buraxılışında Trampın 2021-ci ildəki Konqres hadisələrindən əvvəl söylədiyi iki fərqli çıxışın birləşdirilərək montajlandığını üzə çıxarıb.Sözügedən sənədli filmdə montaj nəticəsində Trampın tərəfdarlarını “Konqresə yürüyün və döyüşün” çağırışı etdiyi təsəvvürü yaranıb. Lakin “The Telegraph” yazır ki, Trampın həmin çıxışlarında əslində “sülh yolu ilə etiraz edin” kimi ifadələr yer alıb və bu hissələr montaj zamanı çıxarılıb.Hadisə ilə bağlı “BBC” İdarə Heyətinə təqdim edilən 19 səhifəlik hesabatda montaj prosesində etik qaydaların pozulduğu qeyd olunub.Tim Devi 20 illik “BBC” karyerasına son qoyduğunu açıqlayaraq yazılı bəyanatında deyib: “Bütün qurumlar kimi ‘BBC’ də qüsursuz deyil. Biz açıq, şəffaf və hesabatlı olmalıyıq. İstefamın bir çox səbəbi var, amma Tramp haqqında sənədli filmi bu qərarın əsas amili oldu”.“BBC ümumilikdə yaxşı iş görür, lakin bəzi səhvlər baş verib və baş direktor kimi mən bu məsuliyyəti üzərimə götürürəm”, – deyə Devi əlavə edib.“BBC” İdarə Heyətinin sədri Samir Şah bildirib ki, həm Tim Devi, həm də Debora Törnes istefa verib.O, hər iki rəhbərin “BBC”yə mühüm töhfələr verdiyini qeyd edərək, “Bu, ‘BBC’ üçün kədərli gündür” ifadəsini işlədib və idarə heyətinin qərara hörmətlə yanaşdığını vurğulayıb.Cavid, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
49
24
www.bakupost.az

10Sources