ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
La Liqada 12-ci tura yekun vurulub.
"Unikal" xəbər verir ki, turun son matçında “Barselona” “Selta”nın qonağı olub.
Matç Kataloniya təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Barselona”dan Robert Levandovski het trik edib (10-pen., 37, 73), digər qolu Lamin Yamal (45+4) vurub. “Selta”dan isə Sergio Carreira (11) və Borja İglesias (43) fərqlənib.
Bu qələbə sayəsində “Barselona” xalını 28-ə yüksəltməklə 2-ci pillədəki mövqeyini qoruyub. “Real 12 oyundan 31 xalla liderdir. “Selta” isə 13 xalla 13-cü yeri tutur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.