Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
"Yeni Sabah"ın xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Məlumata əsasən, şəhər sakini, 2009-cu il təvəllüdlü E. Əliyev ayaq nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Yaralıya dərhal tibbi yardım göstərilib, yarası tikilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır qiymətləndirilir.
İlkin məlumata görə, yeniyetmə dostu tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Əliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən A. Abbaszadə tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)
Telegram kanalımız