EN

Güclü ZƏLZƏLƏ-BU ÖLKƏDƏ...

Yaponiyanın şimal Sakit Okean sahillərində dənizdə baş verən zəlzələdən sonra kiçik sunami dalğaları müşahidə edilib. Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, zəlzələ əvvəlcə 6,7 bal gücündə qiymətləndirib, sonradan 6,9 bal gücü olduğu bildirilib. ABŞ Geoloji Xidməti zəlzələni 6,8 bal gücündə qiymətləndirib. Agentliyin məlumatına görə, ilkin zəlzələdən sonra 4,6 ilə 6,3 bal arasında afterşoklar baş verib. Bazar günü eyni bölgədə daha altı dəniz zəlzələsi baş verib, lakin quruda çox hiss olunmayıb. Meteorologiya agentliyinin zəlzələ və sunami üzrə rəsmisi Masaşi Kiyomoto xəbərdarlıq edib ki, xüsusilə yaxın bir neçə gün ərzində ərazidə daha güclü zəlzələlər baş verə bilər. Qeyd edək ki, Yaponiya 2011-ci ildə baş verən və təxminən 18.500 insanın ölümünə və ya itkin düşməsinə səbəb olan 9,0 bal gücündə sualtı zəlzələ ilə yadda qalıb. Həmin sunami həmçinin Fukuşima nüvə stansiyasında üç reaktorunu qəzaya uğradıb və Yaponiyanın müharibədən sonrakı ən pis fəlakətinə və Çernobıldan bəri dünyanın ən pis nüvə qəzasına səbəb olub.

Təxminən 125 milyon insanın yaşadığı arxipelaqda hər il təxminən 1500 təkan baş verir.

Chosen
28
Ajans.az

1Sources