EN

Gənc qadın TikToka görə öldürüldü

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

TikTok hesablnda Malinin Tonka şəhərindəki həyat barədə videolar paylaşan gənc qadın oğurlanaraq edam edilib.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu barədə South China Morning Post (SCMP) nəşri məlumat yayıb.

Məlumata görə, Mariam Sisse adlı qadın cihadçılar tərəfindən qətlə yetirilib. Onlar onu ordu ilə əməkdaşlıqda ittiham ediblər.

Qızın qardaşının sözlərinə görə, Mariamı İstiqlal meydanında güllələyiblər. Həmin anda o, hadisəni izləyən izdihamın içərisində olub.

Sissenin TikTok sosial şəbəkəsində 90 mindən çox izləyicisi var idi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
9
globalinfo.az

10Sources