EN

Alban dini icması Bayramları belə qeyd edir FOTO

Bizim media saytına istinadən ain.az xəbər verir.

Qəbələnin Nic qəsəbəsində yaşayan udinlər Zəfər Günü və Dövlət Bayraq Gününü özünəməxsus şəkildə qeyd edib. Bizim.Media-nın yerli bürosu Alban-Udi dini icmasının rəhbəri Robert Mobiliyə istinadən bildirir ki, Azərbaycanı dogma vətənləri hesab edən bütün alban xristian icması bu günlər Zəfər bayramını böyük ruh yüksəkliyi ilə qeyd edir.   

 

Bu münasibətlə Nic qəsəbəsində yerləşən Müqəddəs Yelisey ( Cotari) adına kilsədə Vətən Müharibəsində Zəfərin 5 illiyi münasibətilə, 8 Noyabr- Zəfər Gününə və Dövlət Bayraq Gününə həsr edilən dini mərasim və tədbir keçirilib. 

Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub, şamlar yandırılıb.Robert Mobili onu da əlavə edib ki, işğaldan azad edilən bütün alban abidələrinə vaxtaşırı ziyarətlər təşkil edilir, dua mərasimləri keçirilir.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
1
bizim.media

2Sources