EN

Əvvəldən alınan avtomobillər 2026-cı ilin yanvarından sonra yeni qaydalarla hesablanacaq? - VİDEO

Avtomobillərin ölkəyə idxalı zamanı yeni aksiz dərəcələri ilə bağlı təkliflər Vergi Məcəlləsinə dəyişiklik layihəsində öz əksini tapıb.

 

Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, dəyişiklik qüvvəyə mindikdən sonra 7 ildən çox istehsal tarixi olan avtomobillərə tətbiq ediləcək vergi yükü ciddi şəkildə artacaq.

 

Məsələn, bu gün 2 min kubsantimetr mühərrikli benzin avtomobili üçün tətbiq edilən aksiz dərəcəsi yanvardan etibarən 1,5 əmsalla hesablanacaq. Dizel mühərrikli avtomobillərdə isə bu göstərici ikiqat artırılacaq.

 

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, məsələ yalnız yeni qanunun məzmunu ilə bitmir, onun tətbiq vaxtı da mühümdür. Onun sözlərinə görə, həm fərdi şəxslər, həm də biznes mühiti üçün ortamüddətli və qısamüddətli dövr proqnozlaşdırılan olmalıdır. Başqa sözlə, aidiyyəti qurumlar bu cür qanun layihələri təklif edən zaman adaptasiya dövrü olaraq biznes və vətəndaş üçün müəyyən dövr tanınmalıdır. Xüsusilə bu dəyişikliklər xərclərin artımı istiqamətindədirsə.

 

Tarix: 10 Noyabr 2025, 09:49   
Chosen
31
7
pravda.az

8Sources