EN

Azərbaycandan 5,145 milyon ABŞ dolları dəyərində keramika məmulatları ixrac edilib

ain.az, 525.az portalına istinadən məlumat verir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 5,145 milyon ABŞ dolları dəyərində keramika məmulatları ixrac edilib.

525.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, keramika məmulatları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,569 milyon ABŞ dolları və ya 3,3 dəfə artıb.

Eyni zamanda bu ilin ilk 9 ayında Azərbaycana 80,222 milyon ABŞ dolları dəyərində keramika məmulatları idxal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 milyon ABŞ dolları və ya 10,3% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan 2,6 milyard ABŞ dolları dəyərində qeyri-neft məhuslları ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 184,1 milyon ABŞ dolları və ya 7,5% artım deməkdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
1
525.az

2Sources