ain.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Super Liqa təmsilçilərindən "Fənərbaxça" “Viktoriya Plzen”lə keçirilən qarşılaşmanın idarəçiliyindən narazı qalıb və məsələ ilə bağlı UEFA-ya rəsmi müraciət ünvanlayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat katibi Ali Gürbüz açıqlama verib.
O bildirib ki, qarşılaşmanın hakimi ilə bağlı intizam araşdırmasının başlanması və həmin referinin “Fənərbaxça”nın gələcək oyunlarına təyinat almaması üçün quruma müraciət edilib:
“Plzen" oyununun hakimi ilə bağlı UEFA-ya rəsmi müraciət göndərdik. Həm intizam prosesinin başladılması, həm də həmin hakimin komandanın növbəti oyunlarına təyin olunmaması ilə bağlı tələbimiz var. Bu məsələ ilə bağlı yaxın zamanda klubun kommunikasiya komandası mətbuata əlavə məlumat verəcək.”
Qeyd edək ki, “Fənərbaxça” Avropa arenasında “Viktoriya Plzen”lə (0:0) oynadığı matçda hakim qərarlarından ciddi narazılıq ifadə etmişdi.
Liqa 1: “Marsel”dən inamlı qələbə
Premyer Liqa: "Arsenal"dan kritik xal itkisi, "Çelsi"dən darmadağın
Turin derbisində qalib müəyyənləşmədi, "Milan"dan xal itkisi
Bundesliqa: "Bayer"dən darmadağın, "Bavariya" xal itirdi
La Liqada "Atletiko" qələbə qazandı, “Real Sosyedad” xal itirdi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.