Tailand sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 7 nəfər ölüb, onlarla insan isə itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Rəsmilərin məlumatına görə, batmış qayıq Myanmadan qanunsuz şəkildə ölkəni tərk edən miqrantları daşıyırmış. Hadisə ilə bağlı axtarış-xilasetmə işləri davam edir.
“Cebheinfo.az”