EN

Aİ-nin iqlim siyasəti Çində narazılıq doğurdu

BAKI, 10 noyabr. TELEQRAF

Çin Avropa İttifaqının (Aİ) iqlim siyasətini biabırçılıq adlandırıb və Brüsseli öz öhdəliklərini pozmaqda ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri Avropa İttifaqındakı mənbələrə istinadən məlumat yayıb.

"Çin tərəfi bunu biabırçılıq adlandırıb. Onlar məhz bu ifadəni işlətdilər. Dedilər ki, Aİ öz sözündən dönür və iqlim məsələsində planlarını zəiflədir. Bu, olduqca narahat durum idi", – adının açıqlanmasını istəməyən Aİ nümayəndəsi nəşrə bildirib.

Mənbənin sözlərinə görə, Avropa İttifaqında hazırda sağçı partiyaların və sənaye lobbilərinin təzyiqi artır. Onlar ekoloji normaların yumşaldılmasını və yaşıl siyasətin yenidən nəzərdən keçirilməsini tələb edirlər.

Chosen
104
teleqraf.com

1Sources