EN

ABŞ-ın üçdə biri kəskin soyuqla üz-üzədir

ABŞ-ın üçdə biri kəskin soyuqla üz-üzədir

Arktik cəbhə Şimali Amerikanın şərq hissəsinə güclü soyuq hava gətirəcək və bu, ölkə əhalisinin təxminən üçdə birini əhatə edəcək.

AFN.az xəbər verir ki, bu barədə ABŞ Milli Meteorologiya Xidməti məlumat yayıb.

Həftənin əvvəlində soyuq hava dalğası Orta Qərb və Şərqi Sahil ştatlarını, o cümlədən Cənubi Floridanı da əhatə edəcək. Adətən bu mövsümdə 30 dərəcə istilik müşahidə olunan bölgədə temperatur 9 dərəcəyədək enəcək.

Bir çox ştatlarda havanın temperaturu normadan 4–12 dərəcə aşağı olacaq. Arktik hava kütləsi bol qar yağıntısı da gətirəcək — xüsusilə Virciniya, Viskonsin, Miçiqan və Nyu-York ştatlarında qar örtüyünün 45 sm-ə qədər qalxacağı gözlənilir.

NBC kanalının məlumatına görə, Nyu-York ştatının qubernatoru Keti Hokul güclü qar ehtimalı ilə bağlı xəbərdarlıq edib. Hakimiyyət “Mavi Kod” adlı xüsusi proqramı işə salmağa hazırlaşır — bu proqram temperatur sıfırdan aşağı düşdükdə əhalinin isti sığınacaqlarla təmin edilməsini nəzərdə tutur. Qubernator həmçinin yolların təmizlənməsinə xüsusi diqqət ayrılacağını bildirib, çünki ştatda yumşaq iqlim səbəbindən sürücülər adətən yay təkərlərini qış təkərləri ilə dəyişmirlər.

Chosen
28
afn.az

1Sources