EN

ABŞ-də silahı olmayan şəxs polis atəşinə məruz qaldı - VİDEO

BAKI, 10 noyabr. TELEQRAF

ABŞ-də polis əməkdaşları gənci güllələyib.

Teleqraf xəbər verir ki, hadisə onun polisə barmaqla silah göstərərək təhdid etməsi nəticəsində baş verib.

Polis çağırışına gəldikdə məlum olub ki, gənc özünü öldürməyə cəhd edirmiş və maşınların altına atlayırmış. Hüquq-mühafizəçiləri gördükdə isə o, vəziyyətdən istifadə edərək polisə atəş açdırmağa çalışıb.

Məlumata görə, gəncin çantası və cibində heç bir təhlükəli predmet tapılmayıb.

Chosen
75
teleqraf.com

1Sources