EN

ABŞ-da hökumət böhranı İtaliyanı vurdu

ABŞ-da federal hökumətin fəaliyyətini dayandırması səbəbindən İtaliyadakı bəzi ABŞ bazaları işçilərin maaşlarını ödəməkdə çətinlik çəkir və İtaliya Xarici İşlər Nazirliyi məsələyə müvəqqəti həll yolu tapmaq üçün işə başlayıb.

Turkustan.az xəbər verir ki, İtaliya mətbuatı xəbər verir ki, ABŞ federal hökumətinin cari fəaliyyətini dayandırması İtaliyadakı bəzi ABŞ bazalarında çalışan italiyalı personalın oktyabr maaşlarının ödənilməməsi səbəbindən çətinliklərə səbəb olub.

İtaliya Xarici İşlər Nazirliyindən verilən açıqlamada İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajaninin nazirlik rəsmilərinə ABŞ-ın Romadakı və İtaliyanın Vaşinqtondakı səfirliyindəki maaş ödənişlərinin həlli istiqamətində təşəbbüs göstərmələri barədə göstəriş verdiyi qeyd edilib.

ABŞ-ın Romadakı səfirliyinə sorğunun edildiyi və ABŞ Ordusu və Hərbi Hava Qüvvələrinin italyan işçilərinin maaşlarının öz imkanları hesabına ödənilməsi ilə bağlı Pentaqon ilə danışıqlar apardığı bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
38
1
turkustan.az

2Sources