EN

Zelenski: Ukrayna ABŞ-dan 27 “Patriot” hava hücumundan müdafiə sistemi almaq istəyir

Ukrayna ABŞ istehsalı olan 27 “Patriot” hava hücumundan müdafiə sistemini sifariş vermək niyyətindədir.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Guardian”a müsahibəsində danışıb.

Onun sözlərinə görə, son həftələrdə Rusiya Ukraynanın enerji infrastrukturuna dəfələrlə zərbələr endirib ki, bu da elektrik enerjisinin tez-tez kəsilməsinə səbəb olub: “Belə şəraitdə yaşayırıq. Bu bizim üçün artıq adi haldır. Kiyevdə də, başqa yerlərdə də bəzən işıqlar sönür”.

Zelenskinin sözlərinə görə, Rusiya tərəfindən gecə saatlarında göndərilən pilotsuz uçuş aparatlarının (PUA) hücumlarından müdafiə olunmaq üçün Ukrayna beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir.

O, həmçinin bildirib ki, ABŞ-dan 27 “Patriot” sistemi almaqla yanaşı, Avropa ölkələri də öz mövcud “Patriot” sistemlərini Ukraynaya verməyi nəzərdən keçirə bilərlər.

Chosen
39
4
apa.az

5Sources