EN

Nyu-Yorkda fövqəladə vəziyyətə hazırlıq gedir: Şəhərə qoşun yeridiləcək

Qərb mediası Nyu-Yorkda fövqəladə vəziyyətə hazırlıq getdiyini iddia edir.

Publika.az xəbər verir ki, məlumata görə, ABŞ prezidenti Donald Trampın əmri ilə Milli Qvardiya qüvvələrinin şəhərə daxil olmasına hazırlıqlar görülür.

Qeyd olunur ki, şəhərdə yeni seçilmiş mer Zöhran Məmdani Trampa qarşı ictimai reaksiyanın simvolu kimi qiymətləndirilir. Bu səbəbdən federal hökumət və ştat rəhbərliyi arasında gərginlik yaranıb.

Mənbələrin bildirdiyinə görə, Nyu-York ştatının qubernatoru Keti Hoxul mümkün hərbi əməliyyat planı ilə bağlı virtual əməliyyat mərkəzi yaradıb və vəziyyəti nəzarətdə saxlamaq üçün toplantılar keçirir.

Chosen
36
publika.az

1Sources