EN

Şəmkirdə kişini avtomobil vuraraq öldürdü

Şəmkirdə yaşlı kişini avtomobil vuraraq öldürüb.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, rayonun Çaparlı kənd sakini, 1986-cı il təvəllüdlü Məhərrəmov Rəhman Rəhim oğlu idarə etdiyi "VAZ-2107№ markalı avtomobillə piyada, Şəmkir rayonunun İsgəndərli kənd sakini, 1948-ci il təvəllüdlü (77 yaş) Çitadze Yaşa Usmanoviçi vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
12
9
metbuat.az

10Sources