EN

Fransalı gimnast: Azərbaycanda olduğumuza görə məmnunuq

Gəncə, 10 noyabr, Cavid Əliyev, AZƏRTAC

Azərbaycanda olduğumuza görə məmnunuq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gəncədə gənclər və 15 yaşadək aerobika gimnastları arasında ilk dəfə keçirilən Avropa çempionatında çıxış edən fransalı gimnast Şeffer Klementin deyib. O, ilk dəfə Azərbaycana səfər etdiyini bildirib: “Gəncə gözəl və tarixi şəhərdir. Nəticələrimizdən razıyıq. Bu gün təsnifat yarışlarımız olacaq”.

Qeyd edək ki, Avstriya, Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və ev sahibi Azərbaycandan ümumilikdə 380 gimnast çempionluq uğrunda mübarizə aparır. Ötən gün start götürən yarışa noyabrın 11-də yekun vurulacaq.

Chosen
22
azertag.az

1Sources