“Enerjitəchizat Construction” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
FED.az xəbər verir ki, MMC-nin vergi borcu 3 milyon 546 min 827,02 manatdır.
Xatırladaq ki, MMC 13 yanvar 2020-cu ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Dadaşov Eldəniz Dadaş oğludur.
Şirkət 2 min manat nizamnamə kapitalına malikdir. Hüquqi ünvanı AZ1117, Bakı şəhəri Binəqədəri rayonu, Biləcər ŞTQ, Natəvan (Biləcəri qəs.), ev.2 ünvanıdır.