İndoneziyanın paytaxtı Cakarta şəhərində məktəb binasında baş verən partlayışda xəsarət alanların sayı 96 nəfərə çatıb, onlardan 29 nəfər xəstəxanaya yerləşdirilib.
AzEdu.az xəbər verir ki, bu barədə paytaxt polisinin mətbuat xidməti məlumat yayıb.
İlkin məlumata görə, partlayışı yaşıdları tərəfindən təhqir edilən bir şagirdin törətməsi ehtimal edilir. Polis onun evində naməlum toz maddə aşkarlayıb, müstəntiqlər onun mənşəyini araşdırırlar. Şübhəli özü də yaralanaraq reanimasiyaya yerləşdirilib.
Xatırladaq ki, partlayış noyabrın 7-də 72 nömrəli məktəbin məscidində baş verib.