Günəşdə Yer kürəsinə doğru yönəlmiş güclü partlayış baş verir...
Milli.Az bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
Məlumata görə, teleskoplar Günəş-Yer xətti boyunca plazma partlayışını müşahidə edirlər. Mütəxəssislərin məlumatına görə, partlayışın gücü X1.79 səviyyəsinə çatıb.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. (Oxu.Az)
Poliqon.info