Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycanda Respublikası Mədəniyyət Nazirliyi ilə “Xalq Bank"ın səhifəsində 9 Noyabr - Bayraq Günü ilə bağlı edilən paylaşımda yanlışlığa yol verilib.
Ölkə.Az xəbər verir ki, hər iki qurumun paylaşdığı bayraqda 8 əvəzinə 7 guşəli ulduz təsviri yer alıb.
Sosial şəbəkə istifadəçiləri bunu bayrağa hörmətsizlik kimi qiymətləndiriblər.
Tənqidlərdən sonra sözügedən paylaşım Mədəniyyət Nazirliyinin səhifəsindən silinib, "Xalq Bank" isə paylaşımında 7 guşəli ulduzu 8 guşəli ulduzla əvəzləyib.
Qeyd edək ki, Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanunun 11-ci maddəsində dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulur.
Billurə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.