EN

Şəmkirdə kütləvi zəhərlənmə - 6 nəfər xəstəxanaya müraciət etdi...


09.11.2025-ci il tarixində saat 04:00 radələrində zəhərlənmə şübhəsilə 6 nəfər (3-ü kişi, 3-ü qadın olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən bildirilib ki, pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Şəmkirdə baş verən hadisənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məsələ nəzarətə götürülüb. AQTA-dan da bildirilib ki, Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, müvafiq nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Araşdırma davam edir.

ZÜMRÜD

Chosen
33
baki-xeber.com

1Sources