EN

Balasanyan ortaya çıxdı, Bakı ilə bağlı ilk bu sözləri dedi – İnanılmaz

Birinci Qarabağ müharibəsinin iştirakçılarından, keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” olmuş Vitali Balasanyan uzun müddət sonra ortaya çıxıb. 

O, “Aysor Armeni”nın 9 noyabr üçtərəfli bəyanatının 5-ci ildönümü ilə bağlı suallarını cavablandırıb.

Balasanyanın revanşist fikirlər səsləndirməsi Ermənistan ictimaiyyətində diqqət çəkib:

“9 noyabr sənədi qüvvədədir, onu heç kim ləğv etməyib. Ümid edirəm ki, bu sənəd həyata keçiriləcək. Dünyanın heç bir yerində sülh və təhlükəsizlik yoxdur. Əgər zəmanət verilərsə, “artsaxlılar” geri qayıda bilərlər”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh sazişi mətninin paraflanması, o cümlədə, iki ölkə arasında aparılan danışıqlar və imzalanan bir sıra razılaşmalardan sonra sözügedən bəyanat artıq qüvvədən düşmüş hesab edilir. Bakının bəyanatda əksini tapan şərtlərinin çoxu artıq qəbul edilib. Ermənistan tərəfi də bu sənədi artıq keçərsiz hesab edir.

Globalinfo.az

Chosen
13
6
editor.az

8Sources