EN

Neftçi nin məşqçisindən Məsiyevə irad: Qardaş kimi göstərəcəyəm

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Neftçi" məşqçisi Seymur Rəhimov "Qarabağ"a uduzduqları Misli Premyer Liqasının XII turunda matçın baş hakimi Elçin Məsiyevə narazılığını bildirib. Sport24.az xəbər verir ki, qarşılaşmanın ardından tərəflər arasında qısa dialoq yaşanıb. Rəhimov FIFA referisinə penalti epizodu ilə bağlı iradını çatdırıb. Mütəxəssis "Neftçi"nin əvvəlki oyunlarında oxşar epizodlarda penalti verilmədiyini söyləyib. Hətt məşqçi ədalət təmsilçisinə "Elçin, qardaş kimi göstərəyəcəm Cordan Rezabalanın epizounu" da deyib. Məsiyev isə hakimlər otağına üz tutub.Qeyd edək ki, matç "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
36
sport24.az

1Sources