EN

Tramp bəyan etdi: Adambaşına 2000 dollar ödənilsin

Amerikalılar gömrük rüsumları vasitəsilə əldə etdikləri gəlirlərdən adambaşına ən azı 2 min dollar alacaqlar.

Ölkə.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə gömrük rüsumlarından əldə edilən gəlirlə bağlı açıqlama verib. “Yüksək gəlirli şəxslər istisna olmaqla, hər kəsə adambaşına ən azı 2000 dollar  dividend ödəniləcək”, - Tramp yazıb. .

ABŞ maliyyə naziri Skot Bessent, sözügedən ödənişin nağd şəkildə olmasının lazım olmadığını və vergi endirimləri kimi müxtəlif tətbiqlər şəklində vətəndaşların faydalanması üçün istifadə edilə biləcəyini ifadə edib.
 Mürtəza

Chosen
24
2
olke.az

4Sources